Ermənistan Avropa İttifaqına üzv olarsa Cənubi Qafqazı nələr gözləyir? – GİZLİ MƏQAMLAR

Siyasət 12:50 14.03.2024

Xəbər verdiyimiz kimi, Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul edib. qətnamənin lehinə 504, əleyhinə 4 səs verib. 32 nəfər bitərəf qalıb.

“Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - qətnamə layihəsində deyilir.

Qətnamə Cənubi Qafqaz regionunda nələrisə dəyişdirə bilər? O cümlədən belə bir qərarın Ermənistanın Azərbaycanla münasibətlərinə, sülh müqaviləsi məsələsinə təsiri necə olacaq?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Aİ Ermənistanla bağlı demək olar yeni oyuna başlayıb. Bu oyunun özəyində bir ideya, qayə dayanır:

“Onlar çalışırlar ki, Ermənistanı özlərinə tərəf çəksinlər. Bu kollektiv qərbin məramıdır. İlk növbədə istəyirlər ki, Ermənistanı Rusiyadan uzaqlaşdırsınlar, ikincisi isə İrandan kənar tutusunlar. Üçüncüsü isə guya gələcəkdə onları Türkiyə ilə barışığa hazırlasınlar. Və nəhayət müəyyən şərtlərlə həm də Azərbaycanla sülh müqaviləsinə imkan yaratsınlar. Çalışırlar ki, bütün prosesləri regionda yeni formata oturması məhz qərbin istəyi ilə baxışları ilə, onun formatları ilə həyata keçsin. Amma elə başa düşürəm ki, Aİ-nın, qərbin potssovet ölkələri ilə bağlı planlarının hamısı hiylə üzərində qurulub. Şərq tərəfdaşlığı yaradılandan sonra orda Qafqaz regionundan 3 ölkə var: Azərbaycan, Gürcüstan və Ermənistan. Moldova, Ukrayna, Belarusiyanı da qeyd edim. Elə ki, Rusiya ilə Gürcüstan arasında bu yaxınlarda bir balaca yaxınlaşma, istiləşmə işartıları birüzə verdi, dərhal Aİ bildirdi ki, Gürcüstanın Aİ-na üzvlüyü məsələsi gündəmə gəlir. Ona qədər Moldova və Ukrayna üçün daha əlverişli bir rejim yaratdılar. Sonra viza rejiminin aradan götürülməsi məsələsini gündəmə gətirmişdilər. Amma Gürcüstanı hardasa gözüm çıxdıya saldılar. Çünki Gürcüstan Rusiya ilə hava əlaqələrini bərpa etməyə başladı. İlk addımlar atıldı ki, barışığa doğru hərəkət etsinlər və.s”.

T.Abbasov qeyd etdi ki, hazırda Gürcüstan üçün də şərait yaratmağa, formalaşdırmağa çalışırlar:

“Bu həm də Azərbaycanla Türkiyəyə gözdağı vermək cəhdidir. Çünki Aİ onları şirnikləşdirir, həvəsləndirici şərait yaradırlar. Necə olur ki, faktiki olaraq Aİ-na qəbulun özünün tələbləri var. Birincisi ölkədə sabitlik olmalı, demokratik proseslər yüksəs səviyyədə getməli, hakim qüvvələr bu proseslərdən kənar durmalı deyillər. Bu baxmıdan biz görürük ki, indi həqiqətən də həm Vaşiqton, həm Brüssel – ilk növbədə Brüssel burada öndədir. Amma onun arxasında Vaşiqton dayanır. Bəhs etdiyim məsələlər yeni oyunun aktlarıdır. İnanmıram ki, bu yaxınlarda Ermənistan Aİ-na üzv olsun”.

Oğuz  

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
13:05 04.07.2025
Çində Şanxay Əməkdaşlıq Təşkilatının xalq diplomatiyası forumu keçirilir
12:49 04.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
12:34 04.07.2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar
12:19 04.07.2025
"Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək" -Paşinyan Trampa mesaj verdi
12:04 04.07.2025
Pakistanın Baş naziri Xankəndiyə gəlib
11:49 04.07.2025
Seyran Ohanyanın toxunulmazlığı ləğv olunan bilər
11:48 04.07.2025
"Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk"
11:20 04.07.2025
Adını dəyiş, məsələ bitsin Xanəmir Telmanoğlu yazır...
11:04 04.07.2025
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
11:02 04.07.2025
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
10:16 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Hamısı