Prezidentlər Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Xarici siyasət 13:05 04.07.2025

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.

EDNEWS xəbər verir ki, fabrikdə müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur. Gələcəkdə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır. Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yeri yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.

Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib. Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək.

Qeyd edək ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Pakistanda yaşayış binası uçub
16:31 04.07.2025
Havay adalarının yerli icması ABŞ hərbi bazasını istəmir
16:16 04.07.2025
İnformasiya agentliklərinə dair yeni tələblər təsdiqləndi
16:01 04.07.2025
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
15:45 04.07.2025
Məşhur Hollivud aktyoru vəfat etdi
15:30 04.07.2025
"Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub"
15:21 04.07.2025
Romada partlayış baş verib
15:15 04.07.2025
"İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır"
15:05 04.07.2025
“Bir millət – çox dövlət: Türk Dünyası nə istəyir? -Analitik Baxış
15:01 04.07.2025
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir” - BAMF rəsmisi
14:59 04.07.2025
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər
14:45 04.07.2025
İlham Əliyevin Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşündə çıxışının TAM MƏTNİ
14:35 04.07.2025
Almaniyanın biznes elitası Avropa Komissiyasına təzyiq göstərir
14:30 04.07.2025
"Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"
14:29 04.07.2025
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
14:15 04.07.2025
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır
14:00 04.07.2025
Prezident İlham Əliyev və Pakistanın Baş Naziri Xankəndidə görüşdü
13:55 04.07.2025
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
13:45 04.07.2025
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
13:20 04.07.2025
Prezidentlər Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
13:05 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:01 04.07.2025
Çində Şanxay Əməkdaşlıq Təşkilatının xalq diplomatiyası forumu keçirilir
12:49 04.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
12:34 04.07.2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar
12:19 04.07.2025
"Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək" -Paşinyan Trampa mesaj verdi
12:04 04.07.2025
Pakistanın Baş naziri Xankəndiyə gəlib
11:49 04.07.2025
Seyran Ohanyanın toxunulmazlığı ləğv olunan bilər
11:48 04.07.2025
"Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk"
11:20 04.07.2025
Adını dəyiş, məsələ bitsin Xanəmir Telmanoğlu yazır...
11:04 04.07.2025
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
11:02 04.07.2025
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
10:16 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Hamısı