"Zəngəzur dəhlizi mütləq açılmalıdır".
Ednews xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Bakıda işə başlayan XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan Qarabağ münaqişəsinin həllindən sonra blokadadan çıxmaq üçün fürsət əldə edib: "Bu ölkənin konstitusiyası dəyişməli, Ermənistan separatçı məqsədlərindən əl çəkməlidir. Eyni zamanda gerbdən Ağrı dağının simvolu çıxarılmalıdır".