Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı növbədənkənar iclas keçirəcək.
Ednews "Hraparak"a istinadən xəbər verir ki, görüş parlamentdəki müxalifətin “Ermənistan” və “Mənim şərəfim var” fraksiyalarının təşəbbüsü ilə baş tutacaq.
Vurğulanıb ki, reqlamentə əsasən, deputatların dörddə birinin tələbi ilə parlamentin növbəti təcili iclası keçirilə bilər.
Məlumata görə, parlamentin dördgünlük iclası aprelin 9-da başlayacaq, fövqəladə ilk sessiyaya Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcək.
Əkbər Novruz