Böyük Britaniyanın Müdafiə naziri Qrant Şaps bildirib ki, Britaniya və onun müttəfiqləri müharibəyə hazır olmalıdır.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, nazir hazırki dünyanın müharibə öncəsi vəziyyəti olduğunu bildirib.
Qeyd edək ki, Şaps müdafiə xərclərini artırmağı bacarmayan NATO ölkələrinin baş verəcək müharibələrə hazır olmadığını bildirib.
Xəbərə görə, Şaps 31 NATO ölkəsini müdafiə xərclərini artırmağa çağırıb.
Fərid