Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Aİ 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant ayıracaq.
Ednews xəbər verir ki, bunu Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında keçirilən görüşdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri də alqışlayıb.
“Bu gün biz ötən ilin oktyabrında Ermənistana verdiyimiz sözü yerinə yetiririk”, - o deyib.
Əkbər