İrəvan şikayət edib ki, ilin əvvəlindən Azərbaycana orta hesabla gündə birdən çox silah-sursat avadanlığı kovoyu göndərilib.
Ednews xəbər verir ki, Brüsseldə keçirilən üçtərəfli görüş ərəfəsində Ermənistan tərəfi Azərbaycanın hərbi texnika alışının intensivliyinə dair sənədləri Aİ və ABŞ nümayəndələrinə təqdim edib, bu barədə Politico yazır.
Nəşrin yazdığına görə, İrəvan Aİ və ABŞ rəsmiləri ilə Azərbaycanın İsrail və Pakistan kimi ölkələrdən aldığı külli miqdarda hərbi texnika ehtiyatı saxladığına dair sənədləri paylaşıb. “Ermənistan iddia edir ki, ilin əvvəlindən qonşusu gündə orta hesabla birdən çox silah göndərişi alıb”, - nəşr yazır.
Fərid