Aprelin 9-da günün ikinci yarısında Ermənistan parlamenti müxalifətin təşəbbüsü ilə Milli Assambleyada “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyasının əsas problemləri” mövzusunda təcili iclas keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, “Ermənistan” və “Mənim şərəfim” fraksiyaları müzakirəyə baş nazirin müavini Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı dəvət ediblər.
Məlumata görə, müxalifət növbədənkənar iclası açıq, hakimiyyət isə qapalı rejimdə keçirmək niyyətindədir. Minasyanın sözlərinə görə, bu məsələ sabah iclasdan əvvəl səsvermə yolu ilə həll olunacaq.