Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfi Pronk özünün "X" sosial şəbəkə hesabında Azərbaycanla bağlı paylaşım edib.
Ednews-un verdiyi xəbərə görə, o öz hesabında bildirib ki, məsələ mina təhlükəsizliyinə gəldikdə Aİ Azərbaycanın ən böyük müttəfiqidir.
Avropa İttifaqı qadın minaaxtaranların hazırlanması ilə qadınların təhlükəsizlik məsələlərində rolunun artmasına kömək edir.