"Mən hesab edirəm ki, Azərbaycanda Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır".
Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev EdnewsTV-yə müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, məhkəmədə iddiaçı rolunda Azərbaycan çıxış etməli idi:
"Azərbaycan toplumu Fransadan hər an belə addımlar gözləməlidir. 30 il Azərbaycan cəmiyyətinə, məcburi köçkünlərinə, qaçqınlarına zülm edən üç Minsk qrupundan birisi məhz Fransadır. Biz onlardan nəyə görə bu əməlləri gözləməməliyik? Onlardan hər an hər şey gözləməliyik".
Ednews videonu təqdim edir: