ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR - VİDEO

Siyasət 20:45 18.04.2024

Aprelin 18-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və səfirliyin nümayəndələri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində səfərdə olublar. Nümayəndə heyəti Ağdamda fəaliyyət göstərən minaaxtaranları ziyarət ediblər. 

Ednews xəbər verir ki, səfər zamanı ABŞ səfiri Mark Libbi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən ANAMA, Minalar üzrə Məsləhət Qrupu (MAG) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birgə tərəfdaşlıqla həyata keçirilən “Məcburi köçkünlərin müharibədən zərər çəkmiş bölgələrə təhlükəsiz qayıdışına dəstək məqsədilə Azərbaycanın humanitar mina aksiyaları tədbirlərinə dəstək” layihəsinin heyəti, onların fəaliyyətləri və iş prosesləri ilə yaxından tanış olub. M. Libbi çıxışında mina qurbanlarının yaxınlarına, ailə üzvlərinə başsağlığı verib, mina hadisəsi zamanı xəsarət alanlara isə sağlamlıq arzu edib.

ABŞ səfiri Azərbaycanda qadın və kişilərdən ibarət ilk qarışıq minatəmizləmə qrupları ilə görüşü zamanı onların gördüyü işlərin əhəmiyyətindən danışıb:

“Çox sevinirəm ki, belə bir vacib işdə Azərbaycan qadınları da iştirak edir. Azərbaycanda tez bir zamanda mina ilə çirklənmiş ərazilərin təmizlənməsini arzu edirəm. ABŞ hökuməti də dünyada minaların təmizlənməsi prosesində yaxından iştirak edir. Dövlətimiz bu məsələdə böyük vəsaitlər xərcləyib. 1999-cu ildən bəri ABŞ Azərbaycana minalarla mübarizə humanitar proqramlarını dəstəkləmək üçün təxminən 38 milyon dollar ayırıb. Bundan sonra da Azərbaycanda mina təmizlənməsi işində ABŞ dövləti niyyətinə sadiq qalacaq və Qarabağın işğaldan azad edilmiş ərazilərində minadan təmizlənməsi işinə yaxından dəstək olacaq.”

Daha sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov Azərbaycanın mina problemindən və minaların insanlara və təbiətə mənfi təsirindən danışıb. O, ölkənin ən vacib məsələlərindən olan mina probleminin həlli istiqamətində ANAMA-ın gördüyü işləri, qurumun QHT-lərin və beynəlxalq təşkilatların fəaliyyətinə dəstəyini və uğurlu nəticələri qonaqların diqqətinə çatdırıb. Həmçinin, o, BAMF-ın mina aksiyası çərçivəsində indiyədək həyata keçirdiyi önəmli layihələrini, təhlükəsiz və sağlam mühitin yaradılmasına töhfəsini və QHT kimi xüsusi rolunu vurğulayıb.

BAMF prezidenti Umud Mirzəyev çıxış edərək, ilk öncə ABŞ səfirinə və dövlətinə Azərbaycanda mina aksiyasına verdikləri dəstəyə görə təşəkkürünü və minnətdarlığını bildirib: 

“Azərbaycan bu gün çox ciddi bir problemlə üz-üzədir. Qarabağ başdan-başa minalarla çirkləndirilib və Azərbaycan xalqı hər an mina və partlayıcı sursatların təhlükəsi ilə yaşayır. Siz özünüz də bura gələrkən ərazilərin hansı səviyyədə çirkləndiyinin şahidi oldunuz. Biz isə vətəndaş cəmiyyəti təşkilatı olaraq əlimizdən gələni edəcəyik ki, minatəmizləmə aksiyası prosesi sürətlənsin və məcburi köçkünlər tezliklə öz yurd-yuvalarına qayıtsınlar”. 

Umud Mirzəyev, həmçinin, ABŞ səfirinə BAMF-ın tarixi, təşkilatın çoxillik fəaliyyəti və ABŞ dövlətinin dəstəyi ilə fondun həyata keçirdiyi layihələr haqqında məlumat verib. O cümlədən, BAMF-ın humanitar aksiyalarda iştirakı, minatəmizləmə fəaliyyəti, mina maarifləndirməsi və minadan zərərçəkənlərin problemləri ilə bağlı gördüyü işlərdən danışıb.

Minalar üzra Məsləhət Qrupunun (MAG) ölkə direktoru Cenet Dikstra MAG, BAMF və APOPO əməkdaşlığından və təşkilatın fəaliyyətindən danışıb. O, təqdimatdan sonra minaaxtaranlara sertifikatların təqdim olunması üçün qonaqlara müraciət edib. Səfir Mark Libbinin, ANAMA-nın İdarə heyətinin sədr müavini Samir Poladovun, BAMF prezidenti Umud Mirzəyevin, MAG-ın ölkə direktoru Cenet Dikstra və Texniki Sahə Meneceri Bobbi be Dirin iştirakı ilə qadın minaaxtaranlara sertifikatları təqdim olunub.
Bundan başqa minaaxtaran itlərlə və siçovullarla apardığı mina təmizləmə fəaliyyəti ilə seçilən APOPO təşkilatının fəaliyyəti haqqında da məlumat verilib. Səfir heyvanların minatəmizləmə fəaliyyətini izləyib və onların nəticələri ilə tanış olub.

Qeyd edək ki, səfər zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev və əməkdaşı Çapay Əmirov da iştirak ediblər. 

Sonda ABŞ səfiri bu cür səfərlərin davam edəcəyini dilə gətirib:

“Bu səfər sonuncu olmayacaq. İşğaldan azad edilmiş digər ərazilərə də səfərlərimiz davam edəcək”. 

Oğuz


Paris Şuşada təslim oldu

Xəbər xətti

“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
İranın müdafiə naziri Çinə səfər edib
20:47 25.06.2025
İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb
20:31 25.06.2025
NASA-nın köhnə peyki qəfil "canlandı"
20:16 25.06.2025
MEDİA nümayəndə heyəti Sinxua xəbər agentliyində oldu -FOTO
20:01 25.06.2025
"Yüksəliş" müsabiqəsinin finalçısı vəzifəyə təyin olundu
19:46 25.06.2025
"Rütte özünü rüsvay etdi"
19:31 25.06.2025
"Atena"- nın fəaliyyətində nöqsanlar aşkarlandı
19:18 25.06.2025
Zelenski və Tramp iki aylıq fasilədən sonra görüşüblər
19:02 25.06.2025
Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır
18:47 25.06.2025
Rütte Donald Trampa "ata" dedi
18:32 25.06.2025
Morata Fabreqasın komandasına kluba keçir
18:17 25.06.2025
Piolli istefaya göndərildi
18:02 25.06.2025
"Azərbaycanın dəstəyi mübarizəmizə güc verir"
16:59 25.06.2025
NATO Ukraynaya hərbi yardımı davam etdirəcək
16:44 25.06.2025
"Neyrokolonializm şüura parazit kimi nüfuz edir"
16:18 25.06.2025
Peru Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
16:08 25.06.2025
Xankəndidəki uşaq bağçasında Silahlı Qüvvələr Günü qeyd edilib
16:03 25.06.2025
Çin ağcaqanad ölçüsündə PUA hazırladı
15:48 25.06.2025
"Kaş ki, daha güclü liqalara üz tutardı" -Ballak Leroy Sanenin seçimindən danışdı
15:36 25.06.2025
Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
15:21 25.06.2025
Baydenin əvəzinə sənədlərə o imza atırmış
15:06 25.06.2025
FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı
14:51 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:36 25.06.2025
"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
12:58 25.06.2025
Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?
12:35 25.06.2025
Günəşdəki partlayışlar 72 saat ərzində planetdə iqlim cəhənnəmi yarada bilər
12:28 25.06.2025
" İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir"
12:25 25.06.2025
İrlandiyada "ilah kral" mifi təkzib olundu
12:08 25.06.2025
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb
12:02 25.06.2025
Ermənistan höküməti ilə erməni kilsəsi arasında gərginlik səngimir
11:46 25.06.2025
Şahzadə Harri ailəsiylə barışır
11:25 25.06.2025
Hamısı