Azərbaycan prezidenti İlham Əliyev bu gün Moskvaya yollanacaq.
Ednews xəbər verir ki, dövlət başçısı həmkarı Vladimir Putinlə Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələləri nəzərdən keçirəcək və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
BAM-ın tikintisinə başlanmasının 50 illiyi münasibətilə İlham Əliyev və Vladimir Putin dəmir yolu sənayesinin veteranları və işçiləri ilə də görüşəcəklər.
Xatırladaq ki, Baykal—Amur Magistralı yolun tikintisi ilə bağlı məsələlərə bilavasitə Heydər Əliyev rəhbərlik edib.