Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra ilk dəfə İraqa rəsmi səfərə gedib.
Ednews xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Türkiyə lideri səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani ilə görüşəcək.
Eyni zamanda təhlükəsizlik məsələsi başda olmaqla ticarət əlaqələri, su problemi, təbii qaz və neft ixracı müzakirə olunacaq. Tərəflər arasında terrora qarşı mübarizə mərkəzinin yaradılması da planlaşdırılır.