“İsrail-İran xəttində baş verən hadisələr müharibənin genişlənməsi riskini artırır və üstəlik, Fələstindəki müharibəyə kölgə salır”.
Ednews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri əl-Sudani ilə Bağdadda keçirdiyi birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılması bölgədə sülhün açarıdır.