Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək.
Ednews xəbər verir ki, Sadır Japarov və İlham Əliyev arasında görüş olacaq, gələcək əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Bir sıra sənədlərin imzalanması gözlənilir.
Qırğızıstan rəhbərinin iki günlük səfəri çərçivəsində Bakıda qırğız yazıçı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirakı planlaşdırılır.
Bundan başqa Japarov Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak edəcək.