Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsini təsdiqləyib.
Ednews xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski X-dəki paylaşımında bildirib.
“Biz Aİ-də Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək etmək üçün istifadə edilməsi planını təsdiqləmişik”, - o deyib.
Onun sözlərinə görə, bu il üçün bu, 3 milyard avroya qədər vəsait almağa imkan verəcək və bu məbləğin 90%-nin Ukrayna ordusunun dəstəklənməsinə yönəldilməsi planlaşdırılır.
Xatırladaq ki, dondurulmuş Rusiya aktivləri məsələsi uzun müddət müzakirə edilmişdi.