COP29 tədbirinə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının və Zəngəzur dəhlizinin açılmasının mümkündür? İki ölkə arasında yekun razılaşma üçün əsas maneə nədən ibarətdir?
Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Elşən Manafov bildirdi ki, bu ilin noyabrına qədər münaqişə tərəfləri arasında çərçivə sazişinin baza prinsiplərinin aydınlığın gətirələcəyi istisna deyil.
Onun sözlərinə görə, baza prinsipləri sülh müqaviləsinin imzalanması üçün təməl rolunda çıxış edəcək.
"Sülh müqaviləsinin imzalanması regionda cərəyan edən hadisələrin istiqamətindən, bölgə ətrafında geosiyasi gedişlərdən asılı olacaq. Bölgənin lider dövləti olaraq Azərbaycan öz prezidenti İlham Əliyevin simasında sülh müqaviləsinin imzalanması üçün yaradıla biləcək sədləri keçmək iqtidarında olsa da, rəsmi İrəvan barədə bunu söyləmək çətindir.
Hazırda Paşinyan bölgənin geosiyasi konfiqurasiyasını dəyişmək istəyən Qərbin ciddi təzyiqi altındadır. Digər tərəfdən bu təzyiqin əks qütb-Rusiya tərəfindən güclənəcəyi də istisna deyil. Zira Rusiya regionda geosiyasi konfiqurasiyanın Qərbin xeyrinə dəyişmək üçün Paşinyanın atacağı addımları əngəlləyəcək. Nəhayət Paşinyana ölkə daxilində siyasi və sosial təzyiq güclənməkdədir, hər şey Paşinyanın geosiyasi mərkəzlərlə koordinasiya edilə biləcək siyasətindən, ölkədəki etiraz aksiyalarının qarşısını almaq bacarığından asılı olacaq. Dəhlizlərlə bağlı layihələrə fərqli geosiyasi maraqlar hələlik sülh müqaviləsinin imzalanmasında əyləc mexanizmləri rolunda çıxış edirlər".
Oğuz