Xəbər verdiymiz kimi, dünən ABŞ-ın Livandakı səfirliyində atışma baş verib, nəticədə atəş açan şəxs yaralanıb. Bu hadisə İranın xarici işlər naziri vəzifəsini icraçısı Əli Bakri Livan və Suriyaya səfəri ərəfəsində baş verib. Bəs Beyrutdakı Amerika səfirliyinə bu hücumun səbəbi nədir? İran xarici işlər naziri vəzifəsini icraçısı Əli Bakrinin səfəri ilə sözügedən hücum arasında əlaqə varmı? Bu hücum Livan-Amerika münasibətlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı Misirin Süveyş Kanalı Universitetinin Siyasi Elmlər və Beynəlxalq münasibətlər professoru Dr. Camal Zahran Ednews-a özəl açıqlama verib:
“Hesab edirəm ki, İranın xarici işlər naziri vəzifəsini icra edən şəxsin Livan və Suriyaya səfərinin böyük əhəmiyyəti var. Bu səfər İranın İsrailə qarşı siyasətini və Həmas və Hizbullaha dəstəyini davam etdirməsinin təsdiqidir. İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bakri Livan və Suriyaya son səfəri ilə bu hücum arasında əlaqənin olduğuna inanmıram. Çünki İran hazırda yaşadığı problemləri artırmaq istəmir, ona görə bu hadisə ABŞ-ın dünyada apardığı siyasətlərinə qarşı qəzəb ifadəsindən başqa bir şey deyil”.
Ekspert həmçinin bu hadisənin Livan-Amerika münasibətlərinə təsirindən danışıb:
“Livan-Amerika münasibətlərinə təsirinə gəlincə, baxmayaraq ki, Livan da Amerikanın maraqlarına qarşı olan və dəstəkləyənlər var, bu hadisə Livan-Amerika münasibətlərinə təsir etməyəcək”.
Loğman Yunis