DMX rəisi Türkiyədə bir sıra görüşlər keçirib, miqrasiya sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Siyasət 21:00 07.06.2024

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseyovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin həmkar qurumunun dəvəti ilə Ankara şəhərinə rəsmi səfər edib.

Ednews xəbər verir ki, qardaş ölkədə səfərdə olan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri, o cümlədən Ankara şəhərində yerləşən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edib. Azərbaycan və Türkiyənin Ulu Öndərlərinin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Səfər çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qardaş ölkənin daxili işlər naziri cənab Ali Yerlikaya ilə görüşüb. Görüşdə iki ölkənin müxtəlif sahələrdə birgə əməkdaşlığı yüksək qiymətləndirilib, həmçinin miqrasiya qurumları arasında əlaqələrin daha da inkişafının önəmi və vacibliyi vurğulanıb. Görüşdə həmçinin vətəndaşlarımızın qarşılıqlı gediş-gəlişinin daha da sadələşdirilməsi istiqamətində mühüm addımların atıldığı qeyd edilib və bu istiqamətdə tədbirlərin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Xidmət rəisi ilə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəçiliyi Qurumunun rəhbəri Atilla Toros arasında geniş tərkibdə görüş keçirilib. Miqrasiya sahəsində işçi əlaqələrin gücləndirilməsi və iki ölkənin vətəndaşlarının bu sahədə üzləşdiyi çətinliklərin operativ həllinə öz töhfəsini vermək məqsədi daşıyan görüşdə iki ölkə arasında bütün sahələrdə mövcud olan sıx tərəfdaşlığın miqrasiya sahəsində daha da dərinləşdirilməsi, hər iki dövlətin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, dövlətlərimiz arasında miqrasiya sahəsində əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi, bu sahədə məlumat və təcrübə mübadiləsi, habelə yeni birgə fəaliyyətlərin həyata keçirilməsinin önəmi müzakirə edilib. İki ölkə arasında miqrasiya proseslərinin tənzimlənməsinin əsas istiqamətləri barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə hər iki dövlətin vətəndaşlarının müxtəlif məqsədlərlə yaşamalarının, əmək fəaliyyəti ilə məşğul olmalarının sadələşdirilməsi ilə bağlı atıla biləcək mümkün addımlar ətraflı müzakirə edilib.

Daha sonra görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in imzalanma mərasimi keçirilib. Sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır. Sazişi Azərbaycan Respublikası Hökuməti adından Vüsal Hüseynov Türkiyə Respublikası Hökuməti adından isə Atilla Toros imzalayıb.

Daha sonra Azərbaycanın nümayəndə heyəti Ankara Geri Göndərmə Mərkəzini ziyarət edib, Mərkəzin fəaliyyəti və yaradılan şəraitlə tanış olublar.

Səfərin ikinci günündə Xidmət rəisi Türkiyənin xarici işlər nazirinin müavini cənab Yasin Ekrem Serim ilə görüşüb. Sözügedən görüşdə tərəflər arasında ötən dövrlərdə keçirilmiş görüşlər məmnunluqla xatırlanmış, eləcə də iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı ətaflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov başda olmaqla Səfirliyin əməkdaşları da iştirak ediblər.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
Hamısı