Rusiya və KXDR ölkə liderləri Vladimir Putin və Kim Çen Inın iştirakı ilə keçirilən Rusiya-Koreya danışıqlarının yekunlarına əsasən, hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Ednews xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, yeni sənəd beynəlxalq hüququn bütün fundamental prinsiplərinə uyğun olacaq, heç bir qarşıdurma xarakteri daşımayacaq və heç bir ölkəyə qarşı yönəlməyəcək, əksinə, Şimal-Şərqi Asiya regionunda daha böyük sabitliyin təmin edilməsinə yönələcək.