Rəsmi Bakıdan Borrellə CAVAB: ”Yalan iddiaları rədd edirik”

Siyasət 13:11 21.06.2024

“Əfsuslar olsun ki, bu cavab Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir. Biz bu yalan və təhrikedici iddiaları rədd edirik". 

Ednews xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Avropa Parlamentinin üzvlərinin “erməni məhbusları” ilə bağlı suallara verdiyi cavabı şərh edərkən deyib. 

Ayxan Hacızadə xatırladıb ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. 

"Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar.

Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, BQXK həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. 

Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir.

Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər. 

Aİ tərəfinin öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir. 

Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər.

Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq. 

Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir”. 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
Hamısı