Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib
Ednews xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə 35-40 yaşlarında (şəxsiyyəti dəqiqləşdirilir) qadını vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.