Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ilə birgə mətbuat konfransında bildirib:
"UNEP COP29-un Bakıda uğurlu keçirilməsi üçün əlimizdən gələni edəcək. Azərbaycan bu sahədə çox işlər görür. Mən öz gözlərimlə gördüm ki, Azərbaycan öz təbiətinin, onun sərvətlərinin və biomüxtəlifliyinin qorunması üçün nələr edir. Buna görə biz Azərbaycana bu rəhbərlik üçün inanılmaz dərəcədə minnətdarıq və bütün dünyanın sizin gözəl şəhərinizdə toplanacağı COP29-u səbirsizliklə gözləyirik. Biz qərarlıyıq ki, burada, Bakıda qəbul olunması planlaşdırılan maliyyə paketi qəbul edilsin və ədalətli olsun".