Diplomatik xidmət orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi qəbul təşkil olunub

Siyasət 15:46 09.07.2024

İyulun 8-də Gülüstan sarayında Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi qəbul təşkil olunub.

XİN-dən Ednews-a verilən xəbərə görə, rəsmi qəbulda Xarici İşlər Nazirliyinin rəhbər heyəti, müvafiq dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə beynəlxalq müstəvidə ölkəmizin maraqlarını qoruyan və təşviq edən bütün əməkdaşları ürəkdən təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib. Xidməti fəaliyyətləri zamanı dünyasını dəyişən diplomatların xatirəsi ehtiramla yad edilib.

Ölkə rəhbərliyi tərəfindən aparılan, milli maraqlara əsaslanan suveren, uzaqgörən və praqmatik xarici siyasət xəttinin ölkəmizin bütövlüyünün qorunması, vətəndaşlarımızın rifahı, inkişafına hədəfləndiyi, eyni zamanda regional və beynəlxalq dayanıqlı inkişafa töhfə verdiyi diqqətə çatdırılıb.

Bu istiqamətdə qarşılıqlı hörmət və daxili işlərə qarışmama kimi prinsiplərin rəhbər tutulduğu ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirildiyi, habelə müxtəlif, o cümlədən iqtisadi, energetika, nəqliyyat, humanitar, rəqəmsal diplomatiya sahələri üzrə təşəbbüslərin irəli sürüldüyü bildirilib.

Uzun illər ölkəmizin xarici siyasət prioriteti olan Ermənistanın keçmiş işğalına son qoyulması istiqamətində Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən görülən böyük işlər nəticəsində ərazi bütövlüyü və suverenliyimizə beynəlxalq dəstəyin təmin olunduğu, bununla da zəfərimiz üçün zəruri siyasi və hüquqi çərçivənin yaradıldığı vurğulanıb.

Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıqların, sülh, sabitlik və əməkdaşlığın qurulması üçün yeni imkanların yarandığı qeyd olunub. Yaranmış bu tarixi şəraitdə ölkəmizin hər zaman olduğu kimi dialoq və sülh tərəfdarı qismində çıxış etdiyi, qarşı Ermənistan tərəfi üçün isə ərazi iddiaları yerinə regional əməkdaşlığı seçmək vaxtının gəlib çatdığı qeyd edilib.

Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən qlobal qeyri-stabilliyin fonunda Azərbaycanın baxışının çağırışlara qarşı mübarizədə möhkəm əməkdaşlığın gücləndirilməsi olduğu və bu baxışın irəlilədilməsinin xarici siyasətimizin yeni proaktiv roluna dəlalət etdiyi bildirilib. Bu istiqamətdə, xüsusilə ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, habelə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahasində inkişaf etmiş və inkişafda olan ölkələr arasında körpü yaradılması istiqamətində təşəbbüslərin əhəmiyyəti diqqətə çatdırılıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik xidmət orqanları əməkdaşlarına, o cümlədən peşə bayramı ərəfəsində ölkə başçısı cənab İlham Əliyev tərəfindən diplomatik rütbə ilə təltif olunan diplomatlara səmimi təbriklərini çatdırıb. Keçmiş işğal və münaqişənin aradan qaldırılmasından sonra bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramının tam fərqli ab-havada qeyd olunduğu bildirilib.

Ölkəmizin regional və qlobal təşəbbüslərindən geniş bəhs edən Hikmət Hacıyev, xüsusilə COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizəyə sadiqliyimizi nümayiş etdirdiyini bildirib.

Regionumuzda sülh və təhlükəsizlik quruculuğunun vaxtının yetişdiyi, bölgəmizin silahlara deyil, əməkdaşlığa ehtiyacının olduğu diqqətə çatdırılıb.

Sülh prosesinin əsas komponenti olan sülh müqaviləsinin isə imitasiya xarakterli deyil, həqiqi və səmimi olmasının vacibliyi, bu istiqamətdə ilk növbədə Ermənistanın daxili auditoriyasının buna hazır olmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Nasir Əbdül Kərim Əbdül Rəhim Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin adından səmimi təbriklərini çatdırıb. Müstəqilliyinin ilk illərindən bəri Azərbaycan tərəfindən əldə olunan diplomatik uğurların sevinc doğurduğu qeyd olunub, ölkəmizə bundan sonra da davamlı nailiyyətlər arzulanıb.

Daha sonra tədbir iştirakçıları Azərbaycanın diplomatiya tarixinə həsr olunmuş videoçarxı izləyiblər.

Rəsmi qəbul ziyafət və konsert proqramı ilə davam edib.

Paris Şuşada təslim oldu

Xəbər xətti

Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
" İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır"
00:16 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
AEBA Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb
21:02 24.06.2025
85 Yaşında Gənc Qalan İnsanlar: Uzun və Sağlam Ömrün Sirləri
16:10 24.06.2025
Hamısı