Bütün dünyada internetin və kompüter sistemlərinin fəaliyyətinin dayanması bir çox bizneslər iflic oldu və dünya birjaları tənəzzülə uğradı.
Ednews Fransa mediasına istinadən xəbər verir ki, ABŞ, Yeni Zenlandiya, Niderland, Fransa və Avstraliyada hələ də internet kəsintisi hiss edilir. "Windows" sistemlərinin çökməsi ilə bir çox uçuşlar təxirə salınıb. Böyük Britaniyada bir çox supermarketlər fəaliyyəti dayandırıb və onlayn ödəmə yararsız hala düşüb. London birjasında dəyən ziyanın qarşısını almaq üçün birja fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Paris Olimpiya Təşkilat Komitəsi problemin aradan qaldırılması üçün komputer mütəxəssisləri ilə birgə fəaliyyət göstərir.
Fərid