"Birləşmiş Millətlər Təşkilatının müdafiə nizamnaməsi tamamilə, kökdən dəyişməlidir. Hazırkı qanunlar günümüzün vəziyyətinə uyğun deyil. BMT-də yeni reformlar keçirilməlidir. Afrika dövlətləri də bu təşkilatda azad söz haqqına sahib olmalı və bərabərhüquqlu sistem qurulmalıdır.
Dünya daha da təhlükəli bir yerə çevrilmədən bu qaydalar dəyişməli və insanların gözləntiləri yerinə yetirilməlidir. Dünya beşdən böyükdür və ümid edirik ki, günümüzün şərtlərinə uyğun olan bir BMT nizamnaməsi yaradılacaqdır."
Ednews Türk mediasına istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, BMT Soyuq müharibə dövründən qalma qaydalarla idarə olunur və bu, günümüz siyasi-iqtisadi şərtlərinə uyğun deyil.
Fərid