1 sentyabrda VII Çağırış Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində 64 saylı Salyan seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Sadiq Qurbanov rayonda seçki təşviqatını davam etdirir.
Ednews namizədin “Facebook”-dakı paylaşımlarına istinadla xəbər verir ki, o təbliğat-təşviqat kampaniyası çərçivəsində Salyan rayonunun YAP fəalları ilə görüşüb.
“Bizimlə görüşədə sayılıb-seçilən ziyalımız, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Nağıqızı da iştirak etdi. Dəyərli dostumuz öz səmimi fikirləri ilə seçicilər qarşısında möhtəşəm çıxış edərək seçkidə öz səslərini inamla YAP-ın namizədinə verməyə dəvət etdi. Tədbirdə iştirak edən Mahirə Nağıqızına, YAP fəallarına və bütün seçicilərimizə bir daha dərin təşəkkürümü bildirirəm”, - S.Qurbanov yazıb.