Türkiyənin İrandakı səfiri Hicabi Kırlanqıç “Tasnim News”a müsahibəsində Zəngəzur dəhlizi məsələsinin Türkiyə ilə İran arasında fikir ayrılığı yaradıb-yaratmayacağı ilə bağlı suala belə cavab verib:
“Azərbaycan və Qafqaz məsələləri mənim ixtisas sahəm deyil, ancaq Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında razılaşmanın tərkib hissəsidir. Tərəflər arasında razılaşmada Azərbaycanla Naxçıvan arasında marşrutun yaradılmasına dair bənd var və bu, sözügedən bölgənin Azərbaycan ərazisinə ilhaqı demək deyil. Türkiyə prezidenti Ərdoğanın fikrincə, bu proses elə həyata keçirilməlidir ki, ölkələrin maraqlarına xələl gəlməsin və bununla bağlı Ermənistan, Azərbaycan və İranın razı qalması əsasdır. Zəngəzur dəhlizinin İranla Türkiyə arasında fikir ayrılığı yaradacağını düşünmürəm.
Bu məsələdə Türkiyə İrana zərər verəcək addım atmayacaq və hesab edirəm ki, İran da bunu bilir".
Ednews videonu təqdim edir: