“COP prosesi zamanı bütün əsas qərarlar yekdilliklə qəbul edilməlidir. Bununla belə, yekdillik tələb etməyən, lakin bizi iqlim məsələsində irəli aparacaq təkliflər də müzakirə olunacaq”.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan da bu xüsusda 14 təklif irəli sürüb və bu təkliflərin həyata keçirilməsi üçün yekdillik lazım deyil:
“Bunları da bəzi ölkələr və ya şirkətlərlə həyata keçirə bilərik. İqlim maliyyəsi, enerji, kənd təsərrüfatı, su ehtiyatları, turizm, rəqəmsallaşma, yaşıl şəhərlər və insan resursları da Azərbaycanın təkliflərinə daxildir. COP29-da Olimpiya Oyunlarında olduğu kimi, biz bütün dünyada atəşkəsə çağırış edəcəyik”.