Xarici jurnalistlər Rusiya Federasiyasına yalnız müvafiq viza və Xarici İşlər Nazirliyindən akkreditasiya aldıqdan sonra gələ bilər.
Ednews xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Xarici jurnalistlərə xəbərdarlıq etmək istərdik ki, Rusiyaya qanuni əsasla səfər etmək yalnız müvafiq kateqoriyalı viza, əgər söhbət xarici ölkə vətəndaşından gedirsə və Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən akkreditasiya aldıqdan sonra mümkündür”, - diplomat qeyd edib.