TDT-yə üzvlərin əmək və sosial müdafiə üzrə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub

Siyasət 15:38 31.10.2024

Ankara şəhərində (Türkiyə) Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək və sosial müdafiə üzrə qurumlarının nümayəndə heyətlərinin iştirakı ilə “Türk dövlətlərində sosial müdafiə, iş həyatı və sosial xidmətlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində dəyirmi masa keçirilib.

EDnews Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, tədbirin məqsədi təşkilata üzv dövlətlərin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının genişləndirilməsi, bu sahədə ümumi çağırışların müzakirəsi, uğurlu təcrübələrin mübadiləsidir.

Türkiyədə səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad edib.

S.Babayev dəyirmi masada çıxışında türk ölkələri ilə əlaqələrin genişləndirilməsinin, TDT-nin gücləndirilməsinin ölkəmizin xarici siyasətinin prioritet istiqaməti olduğunu qeyd edib. O bu ilin 5-6 iyul tarixlərində Şuşada dövlət başçılarının Zirvə görüşünün və imzalanmış “Qarabağ Bəyannaməsi”nin türk dünyasının inteqrasiyasının inkişafı üçün tarixi əhəmiyyətini vurğulayıb.

Nazir əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsində əmək bazarının inkişafı və sosial müdafiə sisteminin effektivliyinin vacibliyini, bu sahələrdə uğurlu təcrübələrin mübadiləsinin önəmini qeyd edib. S.Babayev ölkəmizdə aparılan sosial islahatların, DOST konsepsiyasının uğurlarını, DOST modelinin qardaş Özbəkistanda da tətbiqi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi aparıldığını diqqətə çatdırıb.

O, 2019-cu ildən Azərbaycanda həyata keçirilən 4 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki ciddi artımları, həssas qrupların sosial xidmətlərlə əhatə olunması, sosial xidmətlərin avtomatlaşdırılması işlərini, ölkəmizdə qurulmuş proaktiv təyinat mexanizmlərini, e-sosial internet portalı və “Əmək və Məşğulluq” e-sisteminin innovativ üstünlüklərini qeyd edib.

Ölkələrimizin iqtisadi əməkdaşlığının genişləndirilməsinin əmək ehtiyatlarının da sərbəst hərəkəti ilə sıx bağlı olduğunu bildirən S.Babayev Azərbaycanla bir sıra türkdilli dövlətlərin əmək miqrasiyası sahəsində ikitərəfli müqavilələrinin imzalandığını diqqətə çatdırıb. Nazir müsbət təcrübələrin mübadiləsində maraqlı olduğumuzu, bu toplantının TDT-yə üzv dövlətlərin əmək və sosial müdafiə sistemlərinin gücləndirilməsinə və ölkələrimiz arasında qeyd olunan sahələrdə əməkdaşlığın genişləndirilməsinə önəmli töhfə verəcəyini vurğulayıb.

Tədbirdə üzv ölkələrin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının genişləndirilməsi, bu sahədə ümumi çağırışlar müzakirə olunub, təcrübə mübadilələri aparılıb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bizi xaricdən izləyirmişlər -DTX əmliyyat keçirdi
13:39 08.07.2025
"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Hamısı