BMT-nin Cenevrə ofisində mina problemi bağlı yan tədbir keçirilib

Siyasət 16:10 01.11.2024

31 Oktyabr 2024-cü il Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının təşkil etdiyi (OHCHR) 2024-cü il Sosial Forumu çərçivəsində “İnkişaf naminə minalardan təmizləmə” adlı yan tədbir keçirilib. 

40-dan çox beynəlxalq təşkilat və hökumət nümayəndəsinin qatıldığı tədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ) səbəb olduğu qlobal böhranın həlli üzrə məsələlər, mina probleminin 18-ci DİM kimi qəbul edilməsi təşəbbüsü və minaların insan hüquqlarına və insanların sosial-iqtisadi həyatına təsiri kimi məsələlər müzakirə olunub. 

Açılış nitqi ilə çıxış edən BAMF Prezidenti Umud Mirzəyev əvvəlcə tədbir iştirakçılarını salamlayıb, daha sonra isə BAMF-ın fəaliyyəti və Azərbaycanın mina probleminin ciddiliyi haqqında danışıb. Umud Mirzəyev dövlət rəhbərlərini, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qurumlarını mina probleminin həllini davamlı inkişaf kontekstində prioritet kimi qəbul etməyə, bu istiqamətdə “18-ci DİM” təşəbbüsünü dəstəkləməyə və birlikdə minalara “yox” deməyə çağırıb.

Çıxışdan sonra tədbir iştirakçılarına “DİM 18 niyə vacibdir?” adlı video-təqdimatı nümayiş etdirilib. Mina kampaniyasına dəstək xarakterli müxtəlif çağırışların yer aldığı videoda mina probleminin statistik aktuallığı da öz əksini tapıb. Daha sonra tədbirin moderatoru Cenevrə Geostrateji Araşdırmalar Mərkəzinin Baş Katib müavini Ventzlav Sabev mina aksiyası proqramında çalışan panelistləri təqdim edərək və panel müzakirələri açıq elan edib.

İlk olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq Əlaqələr şöbəsinin direktor müavini Nəriman Qasımov ANAMA-nın gücləndirilmiş fəaliyyəti ilə bağlı əsas qeydləri və Azərbaycanın minatəmizləmə statistikasını diqqətə çatdırıb. O, xüsusilə, 2020-ci ilin noyabr ayından indiyədək baş verən mina insidentlərinə və mina qurbanlarının sayının çoxluğuna vurğu edib. Agentliyin nümayəndəsinin çıxışından sonra ardıcıl olaraq Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) idarə heyəti üzvü Nidal Səlim, Piyada əleyhinə Mina Qadağası Konvensiyasının İcra Dəstəyi Bölməsinin direktoru Xuan Karlos Ruan, Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası (ICBL) nümayəndəsi Kasia Derlicka, kampaniyanın Azərbaycan üzrə rəhbəri Hafiz Səfixanov, Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzinin (GICHD) Proqram Əməkdaşı Beatris Presutti və Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) Tərəfdaşlıq üzrə mütəxəssisi Floryan Eblenkamp çıxış ediblər. Tədbirdə  BMT Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi, tanınmış ictimai xadim Şafak Pavey də iştirak edib.

Tədbirin gedişatında Ermənistanın Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birinci katibi Hambardzum Minasyan söz alaraq tədbirin çıxışçılarını yalan məlumatları paylaşmaqda və propoqanda etməkdə ittiham edib. O Ermənistanın mina məsələsində günahsız olduğunu və Azərbaycana 2021-ci ildə mina xəritələrinin təqdim olunduğunu bildirib. BAMF prezidenti Umud Mirzəyev müzakirələr zamanı səsləndirilən fikirlərin faktlara əsaslandığını və reallıqları əks etdirdiyini əyani sübutla nümayiş etdirərək erməni diplomatın layiqli cavabını verib. Umud Mirzəyev minadan zərərçəkən şəxslərin fotoları olan portretləri göstərərək onların Ermənistanın basdırdığı minaların qurbanı olduğunu və öz yaşadığı evin də Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdıldığını, xüsusilə, qeyd edib. 

Qeyd edək ki, bu yan tədbir BAMF-ın Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihə çərçivəsində baş tutub.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı