"Eurasia Diary" məlumat verir ki, jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri bildirib ki, "Azərbaycan və Ukraynanın ortaq problemi var. Bu, ölkələrimizn ərazilərinin bir hissəsinin işğal edilməsidir".
Aleksandr Mişenko Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməzliyini vurğuladığını xatırladıb. "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik", - deyə qeyd edib.
Bununla yanaşı, səfir əlavə edib ki, Ukrayna hazırda torpaqlarının azad edilməsi üçün hərbi gücünü artırır.