Ermənistan parlamentinin “Hayastan” müxalifət blokunun 4 deputatı İrəvan və Bakı arasında sülh müqaviləsi layihəsi ilə tanış olmağa qadağa qoyulduğuna görə hökumətə və Ermənistan Xarici İşlər Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.
EDnews xəbər verir ki, bunlar müxalif deputatlar Artur Xaçatryan, Qeqam Manukyan, Anna Qriqoryan, və Kristin Vardanyandır.
Parlamentarilər xarici işlər naziri Ararat Mirzoyanın 14 mart 2024-cü il tarixli əmrinə etiraz etmək istəyirlər, həmin əmrlə sülh müqaviləsi layihəsinin mətni ilə tanış olmaq müxalifətə qadağan edilib.
Robert Makeyanın sədrliyi ilə keçiriləcək məhkəmə iddianı qəbul edib və ilk iclas 2025-ci il yanvarın 14-nə təyin olunub.
Oktyabrda baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, əslində spekulyasiyaya yol verməmək üçün sazişin mətnini müxalifətə göstərməyi qadağan edən odur. Onun sözlərinə görə, müxalifət mətni oxuyacaq, sonra parlamentin iclas otağına gələrək nağıl danışmağa başlayacaq.