Türkiyənin Gürcüstanla sərhəd bölgəsində torpaq sürüşməsi olub.
"EDnews" xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə Artvin şəhərinin Arhavi bölgəsindəki avtomobil yolunda baş verib və magistral yol bağlanıb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb, təmizləmə işləri aparılır.
Xəsarət alan və ya ölümlə bağlı hələ ki, məlumat verilməyib.