Suriyanın Baş Təhlükəsizlik İdarəsi Latakiya və Tartus şəhərlərində komendant saatı, eləcə də şəhər mərkəzləri və yaxınlıqdakı kəndlərdə genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.
“EDnews” xəbər verir ki, bölgədə baş verən qarşıdurma zamanı 70-ə yaxın insan həyatını itirib. Döyüşlər hələ də davam edir.
Fatimə Mərdanlı//EDnews