Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyev üç respublikanın sərhədlərinin qovuşma nöqtəsinə dair saziş imzalayıblar.
EDnews-ın xəbərinə görə, bu barədə TASS məlumat verib.
Məlumata görə, imzalanma mərasimi Tacikistanın şimalındakı Soqd vilayətinin inzibati mərkəzi olan Xucənddə dövlət başçılarının görüşü çərçivəsində baş tutub.
Bundan əlavə, liderlər əbədi dostluq haqqında Xucənd Bəyannaməsini imzalayıblar.
Tədbir Tacikistan liderinin Xucənd yaxınlığındakı Güliston iqamətgahında baş tutub.
Fatimə Şükürova // EDnews