Bu gün Türkiyənin Antalya şəhərində NATO-nun 32 üzv ölkəsinin xarici işlər nazirlərinin ikigünlük qeyri-rəsmi toplantısı başlayacaq.
“EDnews” xəbər verir ki, müttəfiq ölkələrin XİN başçıları fikir mübadiləsi edəcəklər. Bu iclas 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO dövlət və hökumət başçıları zirvəsinə hazırlıq xarakteri daşıyır.
Toplantıda NATO-nun Baş katibi Mark Rutte və başqa yüksək səviyyəli rəsmilərin iştirakı gözlənilir.
Fatimə Mərdanlı //EDnews