Rusiyada İjevsk və Kirov şəhərlərinin hava limanları fəaliyyətini dayandırıb.
EDnews xəbər verir ki, bu barədə "Rosaviasiya" şirkətindən məlumat verilib.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün İjevsk və Kirov hava limanlarında uçuşların qəbulu və çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə məlumatda bildirilib.
Agentlik, həmçinin Saratov hava limanında işlərin bərpa olunduğunu qeyd edib.
Qeyd edək ki, İjevsk və Kirov hava limanları ilə yanaşı, Sankt-Peterburqun Pulkovo, Nijnekamsk və Kazan hava limanlarında məhdudiyyətlər qüvvədədir.
Fatimə Şükürova // EDnews