Kickstarter saytında smartfonlar üçün dron-çexol təqdim edilib.
"Selfly" adlanan qurğu iPhone 6, 6S və 7, eləcə də Galaxy S və Nexus 6 modelləri üçün nəzərdə tutulub. Dron-çexol saniyədə otuz kadr tezliyi ilə FULL HD icazəli video çəkə bilir. Akkumulyatorun enerjisi 5 dəqiqə üçün nəzərdə tutulub. Ancaq mühəndislərin sözlərinə görə, bu, kifayət qədər selfi çəkməyə kifayətdir. Dron əksər analoqları kimi smartfon üçün tətbiqetmədən idarə olunur. Qurğunun qiyməti 99 dollardır.