“Instagram” sosial şəbəkəsinin “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün proqramı yenilənib. Əsas yenilik şərhlərin göstərilməsi ilə bağlıdır.
Yenilənmiş şərhlər daha əlverişlidir: indi kimsə şərhə cavab yazdıqda həmin cavab tam siyahıya deyil, həmin mesaja bərkidilir.
Bütün yeni cavablar qruplaşdırılacaq və onlara ayrı formada baxmaq mümkün olacaq. Həmçinin onlar bütün istifadəçilərə əlçatan olacaq.(ictnews)