Mobil telefonlardan gün boyu istifadə edib gecə şarja taxmaq bir çoxlarının adətinə çevrilib.
Bu üsul batareyaya ziyan verir, buna görə də şarj vərdişlərinizi dəyişdirməlisiniz. Əgər telefonunuzun batareya ömrünü uzatmaq istəyirsinizsə, bəzi məsləhətlərə diqqət etməkdə fayda var.
Battery Universitetinin araşdırmasına görə, batareyanı qorumaq üçün telefonu az-az, ancaq tez-tez şarj etdirin. Telefonunuzun gücünü qorumaq üçün 65-75 faiz arası şarjda saxlayın.
Müasir litium ion batareyaların tam olaraq şarj edilməsinə ehtiyac yoxdur.
Telefon tam dolduqdan sonra şarjda qalmasında sıxıntı yoxdur. Çünki mobil cihaz özü 100 faiz dolduqdan sonra avtomotik bağlanır və telefona heç bir zərər vermir.