“Azərişıq” ASC mobil telefon istifadəçiləri üçün yeni bir xidməti abunəçilərinin istifadəsinə verib.
Bu layihə İOS və Android tipli mobil istifadəçilərinin marağına səbəb olub.
Belə ki, “Azərişıq” tətbiqi mobil istifadəçilərin rahat şəkildə
- Elektrik enerjisi sərfiyyatlarını görməyə;
- Elektrik enerjisinə görə aylıq fakturaları izləməyə;
- Elektron müraciyət etməyə;
- Elektrik enerjisi borcunu online ödəməyə;
- Smart sayğac istifadəçilərinin online balanslarını öyrənməyə;
- Smart sayğacının balansını artırmağa kömək edir.
Qeyd edək ki , proqram 3 dildə istifadəyə verilib: Azərbaycan, Rus və İngilis. “Azərişıq” proqramını “PlayStore” və "IOS Apple Store"-dan ödənişsiz yükləyə bilərsiniz.