ABŞ-ın Pensilvaniya iniversitetinin psixoloqları qənaətə gəliblər ki, sosial şəbəkələrdə çox vaxt keçirmək tənhalıq hissini yüksəldir və depressiyaya səbəb olur.
Eurasia Diary-nin Trend-ə istinadla verdiyi məlumatına görə, psixoloqların işi "Journal of Social Clinical Psychology" jurnalında dərc olunub.
Öz araşdırmalarını mütəxəssislər "Facebook", "Instagram" və "Snapchat"-dan istifadə edən 143 tələbə arasında keçirib.
"Çox qəribədir ki, insan sosial şəbəkələrə nə qədər çox vaxt ayırsa, bir o qədər tənhalaşır. Buna səbəb kimi şüuraltı müqayisə göstərilir. İnsan digərlərinin həyatında baş verən hadisələrə baxanda, məsələn "Instagram"da, ona helə gəlir ki, hamı ondan daha yaxşı yaşayır", - deyə tədqiqatçılar qrupunun rəhbəri Melissa Q.Hann bildirib.