Orqanizmə zərər vuran ilk kompüter virusu hazırlanıb | Eurasia Diary - ednews.net

20 May, Bazar ertəsi


Orqanizmə zərər vuran ilk kompüter virusu hazırlanıb

Elm və texnologiya A- A A+

İsrail alimləri yüksəktexnologiyalı tibbi avadanlıqda boşluq aşkar ediblər.
 
Eurasia Diary ICTnews-a istinadən bildirir ki, alimlər işlək eksploit hazırlayaraq hücum həyata keçirməyə müvəffəq olublar. Hazırlanmış zərərverici proqram təminatı kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının nəticələrinə dəyişikliklər etməyə imkan verir. Həm də dəyişikliklər tomoqrafiya şəkillərinin həkimlər tərəfindən qəbulundan öncə həyata keçirilir.
 
Aşkar edilmiş boşluğun köməyi ilə pasiyentin tomoqrafiya şəklinə bədxassəli şişi əlavə etmək və ya silmək olar. Yekun şəkil o qədər real görsənir ki, sınaqlarda iştirak etmiş həkimlər şəklin həqiqiliyinə şübhə etməyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...