Azərbaycanda internetin qiyməti ucuzlaşacaq | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Azərbaycanda internetin qiyməti ucuzlaşacaq

Elm və texnologiya A- A A+

Azərbaycanda internetin qiyməti daha da ucuzlaşacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə "Ernst&Young” audit şirkətinin nümayəndəsi Arturas Pliponis deyib.

Onun sözlərinə görə, bu, "Eu4Digital" layihəsinin icrası ilə mümkün olacaq:

"Biz xüsusən də kənd yerlərində yüksəksürətli internetin əlçatanlığını təmin etməyi düşünürük. Bunun üçün isə rəqəmsal transformasiya önəmlidir. Bu transformasiya təkcə Azərbaycanda deyil, bütün region üçün əhəmiyyətlidir və biz bunun üçün çalışırıq".

O əlavə edib ki, “Eu4Digital” layihəsinə Dövlət Gömrük Komitəsi, Səhiyyə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri daxil olmaqla demək olar ki, bütün dövlət qurumları qoşulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...