"Bakcell"dən Rabitə Nazirliyinə İTTİHAM

Elm və texnologiya 14:40 03.08.2019

Dünən sosial şəbəkələrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakcell" şirkətinə 099 prefiksini verməməsi ilə bağlı məlumatlar yayılıb. 

"Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, həm də "Bakcell"ə müraciət edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunub ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nömrə resursları operatorların mövcud maddi-texniki bazasının genişləndirilməsi və istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə operatorların müraciətləri əsasında ayrılır. Bu zaman operatorların istifadəsində olan nömrə resurslarının həcmi, onlardan istifadə imkanı, həmçinin respublikanın mobil telekommunikasiya bazarındakı mövcud vəziyyət və ölkənin nömrələnmə planı nəzərə alınır.

“Azercell Telekom”, həmçinin “Bakcell” MMC-lərdən yeni kodların və nömrələrin ayrılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətlər daxil olub. Hazırda yeni kodların və nömrələrin MMC-lərə ayrılması, rəsmiləşdirilməsi, həmçinin yerli və beynəlxalq operatorların şəbəkələrində tanıtdırılması istiqamətində işlər aparılır. Bu işlər başa çatdıqdan sonra yeni kodların və nömrələrin operatorların istifadəsinə verilməsi təmin olunacaq.

"Bakcell"dən "Qafqazinfo"ya bildirilib ki, Bakcell şirkəti 2016-ci ildən başlayaraq yeni nömrə prefiksinin (099) ayrılması üçün dəfələrlə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Azərbaycanın ilk mobil operatoru olmasına və rəqiblərinin artıq uzun müddətdir ki, iki prefiksə sahib olmasına baxmayaraq “Bakcell”in ikinci prefiksi və əlavə nömrə resurslarını əldə etməsinə süni maneələr yaradılıb.

Şirkət, yaradılan maneənin aradan qaldırılması və müvafiq prefiksin (099) ayrılmasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. Xidmətin 14 iyun 2019-cu il tarixli Göstərişində “Bakcell” MMC-nin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş dövlət inhisarçılığının qarşısının alınması və aradan qaldırılması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “099” kodu ilə başlayan nömrə resurslarının qanunvericiliyə uyğun şəkildə “Bakcell” MMC-yə ayrılması tələb olunur.

Buna baxmayaraq, Nazirlik Antiinhisar Xidmətinin göstərişinə məhəl qoymayıb və yalnız rəqib mobil operator olan “Azercell” şirkətinə “010”la başlayan üçüncü prefiksin verilməsindən sonra “Bakcell”ə “099” prefiksinin ayrılması haqqında məktub göndərib. Lakin indiyə kimi qeyd olunan prefiksin ayrılmasına dair müqavilə Nazirlik tərəfindən müxtəlif bəhanələrlə gecikdirilir. Bununla da “Bakcell” şirkətinə qarşı haqsız rəqabətin dəstəklənməsi və şirkətin hüquqlarının pozulması davam etməkdədir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı