Bir çox ölkədən olan "Facebook" və "Instagram" istifadəçiləri problemlə üzləşib | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Bir çox ölkədən olan "Facebook" və "Instagram" istifadəçiləri problemlə üzləşib

Elm və texnologiya A- A A+

Bir neçə ölkədən olan “Facebook” və “Instagram” istifadəçiləri xidmətlərin fəaliyyətində problemlə qarşılaşıblar.

Eurasia Diary xəbər verir ki, bu barədə populyar internet resurslardakı çatışmazlıqları araşdıran “Downdetector” saytında bildirilib.

Qeyd olunur ki, bu sosial şəbəkələrdəki problemlər Rusiya, Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, İtaliya, Braziliya, ABŞ və digər ölkələrdə hiss olunub.

Şikayətlər daha çox “Instagram” lentinin yüklənməsi (63%) və “Facebook”da qrafik şəkilllərin görünməsi ilə əlaqəli olub. Eyni zamanda istifadəçilər şəxsi hesablarına daxil olarkən və sosial şəbəkə paylaşımlarına rəy bildirərkən çətinliklə üzləşiblər.(APA)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...