Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Elm və texnologiya A- A A+

2019-cu il Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb. 

Eurasia Diary-nin Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat James Peebles (Kanada-ABŞ), Mişel Mayor (İsveçrə) və Didier Queloza (İsveçrə) verilib.

James Peebles Fiziki kosmologiya sahəsində nəzəri kəşfə görə, Mişel Mayor və Didier Queloza isə “Günəş tipli ulduz orbitində olan ekzoplanetin kəşfinə görə Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...