Zukerberqin “başı ağrıdı” - Senator “Facebook”da Tramp haqqında reklam alıb, təcrübə apardı | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Zukerberqin “başı ağrıdı” - Senator “Facebook”da Tramp haqqında reklam alıb, təcrübə apardı

Elm və texnologiya A- A A+

ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd və senator Elizabet Vorren “Facebook”da çox asanlıqla aldığı reklamda sosial şəbəkənin rəhbəri Mark Zukerberqin Amerika prezidenti Donald Trampı dəstəklədiyinin deyildiyini bildirib. Bu barədə “Bloomberg” yazır.

Vorrenin kampaniyası “Facebook”un baş direktorunun Trampın yenidən seçilməsini “indicə dəstəklədiyi” bildirilən postlara sponsorluq edib.

Vorren bu yolla sosial şəbəkədə reklamın etibarlılığının yoxlanılmadığını sübut etmək istəyib.

Qeyd edək ki, bu reklam ABŞ-ın “Facebook” istifadəçiləri arasında narazılıq yaradıb.

“Zukerberqin bu əməli Trampa “Facebook”a çoxlu pul verib, yalanlarını Amerika seçicilərinin qarşısında yaymağa tam sərbəstlik verir”, - deyə Vorren bildirib.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...